Çin-ABŞ milyard dollarlıq büdcə ilə “Dəmir adam 3” filmini çəkəcək

Çin və ABŞ birgə “Dəmir adam” seriyası altında üçüncü filmi çəkəcək.

Filmin prodüserləri Çinin DMG Entertainment və Walt Disney şirkəti bildiriblər ki, Çin və ABŞ milyard dollarlıq büdcə ilə “Dəmir adam” seriyası altında üçüncü filmi birgə istehsal edəcəklər.

DMG Entertainment-in baş direktoru Dan Mintz bu gün elan etdi ki, film Çin və Hollivudun bir milyard ABŞ dollarından çox sərmayəsi olan bir filmin birgə istehsalı üçün ilk dəfə olacaq.

Mintz bildirib ki, Robert Downey Jr-ın rol aldığı Dəmir Adam filmləri bütün dünyada böyük uğur qazanıb və hər iki ölkə filmin yeni rekordlar vuracağına ümid edir.



China Film Group Corp-un sədri Han Sanpinq bildirib ki, Çin və ABŞ arasında əməkdaşlıq qlobal kino sənayesinin inkişafında mühüm rol oynayacaq.

“Dəmir adam 3” beynəlxalq film bazarına Çin elementlərini gətirəcək və Çin mədəniyyəti dünyaya daha yaxşı təqdim olunacaq”, – deyə Sinxua Handan sitat gətirib.